Yaradıcılıq Fakültəsində Fəxri Uğurlu ilə görüş keçirilib

Yaradıcılıq Fakültəsində Fəxri Uğurlu ilə görüş keçirilib
13 dekabr 2019
# 17:10

Dekabrın 12-də Azərbaycan Dillər Universitetində “Yaradıcılıq Fakültəsi”nin təşkilatçılığıyla yazıçı Fəxri Uğurlu ilə görüş keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, görüşdə fakültə rəhbərliyi, müəllimlər və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan “Yaradıcılıq Fakültəsi”nin dekanı Qismət Rüstəmov tədbir iştirakçılarını salamlayıb, yazıçının həyat və fəaliyyətindən, bu görüşün bədii yaradıcılıqla məşğul olan tələbələr üçün xüsusi əhəmiyyətindən bəhs edib.

Görüşdə müasir Azərbaycan ədəbiyyatı, tərcümə və kitab nəşriyyatı haqqında söhbət açılıb.

Yazıçı Fəxri Uğurlu son dövrlər tərcümə və ədəbi əlaqələrin qurulması baxımından bir çox işlərin görüldüyünü, dünyagörüşlü və intellektual gənclərin ədəbiyyata maraq göstərməsinin sevindirici olduğunu söyləyib.

Görüş zamanı müəllif deyib ki, ədəbiyyatla məşğul olan həs kəsin tərcümə ilə maraqlanmağı vacibdir. Qonaq ədəbi cərəyanlar, müasir ədəbi birliklər və ədəbi imzalar barəsində maraqlı fikirlər səsləndirib.

# 1611 dəfə oxunub

Müəllifin son yazıları

# # #