Xan Şuşinski ilə bağlı sərgi hazırlandı

Xan Şuşinski ilə bağlı sərgi hazırlandı
20 avqust 2021
# 16:02

Avqustun 20-də Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Xan Şuşinskinin anadan olmasının 120 ili tamam olur.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xan Şuşinski – 120” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında materiallar, rəsmi sənəd, fotolar, mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xan_Shushinski_120/index.htm linkindən istifadə edə bilərlər.

# 1729 dəfə oxunub

Müəllifin son yazıları

# # #