Xalq şairi: "Onlar terroristidirlər!"

Xalq şairi: "Onlar terroristidirlər!"
25 iyul 2020
# 10:18

“Mən dəhşətə gəlirəm ki, erməni bütün dünya üzrə qudurğanlıq edir”.

Bu sözləri Xalq şairi Nəriman Həsənzadə son günlər ermənilərin törətdiyi təxribatçıqlara qarşı fikir bildirərkən söyləyib.

“Gərək ermənilərin hamiləri kimdisə, onların ipini çəksin ki, belə eləməyin. Çünki bütün türk dünyası qalxa bilər. Son vaxtlardakı hadisələr dünya müharibəsinə gətirib çıxara bilər. Dünyanın bir çox ölkələrində qudurğanlıqlar edirlər. Kimdi axı bu ermənilər?”

N.Həsənzadə daha sonra bunları əlavə edib:

“Belə şeylərə dözmək olmur. Ermənilər vaxtı ilə türklərin 60 diplomatını öldürüblər. Onlar terroristidirlər. Düşmənlərimizi kim himayə edirsə, onları böyük fəlakət gözləyir”.

Xalq şairi sonda Paşinyan haqda da sərt fikirlər səsləndirib:

“Deyirlər, donuzu darıdan döyə-döyə çıxardırlar. Özü çıxmır. Qarabağımızı sülh yolu ilə qaytarmaq üçün gərək dünya razılığa gələ. Hələ bu ermənilər işğal etdiyi torpaqlarımız azmış kimi bu tərəfdən də Tovuza hücum edir. Bu Paşinyan həqiqətən də qudurğandır. Tərbiyəsiz, bisavad adamdı. Nə demək, “Qarabağ toçka”. Sən kimsən axı?”

# 2042 dəfə oxunub

Müəllifin son yazıları

# # #