Xalq şairi vəfat etdi

Xalq şairi vəfat etdi
24 iyul 2020
# 19:08

Qaraçay-Çərkəz Respublikasının xalq şairi, SSRİ Yazıçılar Birliyinin üzvü Nazir Xubiyev cümə vəfat edib.

Kulis.az Tass informasiya agentliyinə istinadən xəbər verir ki, 86 yaşlı şairin ölüm səbəbi hələki məlum deyil.

Nazir Xubiyev 30 iyun 1934-cü ildə Yuxarı Teberda kəndində anadan olub. Qırğızıstanda kənd məktəbini bitirib. Qaraçay-Çerkess Dövlət Universitetinin Filologiya fakültəsində, Ədəbiyyat İnstitutunda təhsil alan şairin ilk şeirlər qırğız qəzetlərindən birində Qaraçay xalqının sürgün edilməsi zamanı çap olunub.

Uzun illər "Qaraçay" qəzetinin müxbiri işləyib, rayon radiosunun redaktoru olub. Xubiyev 15-dən çox kitabın müəllifidir, qaraçay və rus dillərində şeirlər yazıb, məşhur şairlərin əsərlərini ana dilinə tərcümə edib. Xubiyevin bir çox şeirlərinə Qaraçay mahnıları yazılıb.

# 1927 dəfə oxunub

Müəllifin son yazıları

# # #