Xalq şairi Mirvarid Dilbazi yad edilib

Xalq şairi Mirvarid Dilbazi yad edilib
12 iyul 2021
# 16:07

Xalq şairi Mirvarid Dilbazinin vəfatının 20-ci ildönümü münasibətilə onun məzarı ziyarət edilib.

Anım mərasimində Mirvari Dilbazinin həyat və yaradıcılığından söz açılıb, onun ədəbiyyatımızın inkişafındakı xidmətlərindən bəhs olunub.

“Mirvari Dilbazi məclisi”nin rəhbəri Güllü Eldar Tomarlı çıxış edərək ömrünü poeziyamızın daha da nurlanması naminə pay- paxac edən Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin çox dəyərli bir şair, müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazıldığını qeyd edib. Bildirilib ki, onun aydan arı, sudan duru poeziyası xalq ruhunun ləli- cövhəri, şeirləri dillər əzbəri, mahnılar bəzəyi olub. Şaairənin qələmə aldığı uşaq şeirləri körpə balaların dilinin daha səlis olmasına kömək edib. Onun vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan ordusuna ruh, ilham verib.

Xatırladaq ki, Mirvari Dilbazi ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə ilk "İstiqlal" ordeni ilə təltif edilən şairlərdəndir.

azertag.az

# 1903 dəfə oxunub

Müəllifin son yazıları

# # #