Xalq artistinə "Nəsimi" medalı verildi

Xalq artistinə "Nəsimi" medalı verildi
17 yanvar 2020
# 11:42

Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edilib.

TÜRKSOY-dan Kulis.az-a verilən xəbərə görə, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Azərbaycanın Xalq artisti Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edib.

Tədbirə qatıla bilməyən bilməyən Rasim Balayevin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib.

# 1892 dəfə oxunub

Müəllifin son yazıları

# # #