Rusiyanın Xalq artisti Natalya İsaeva 60 yaşında dünyasını dəyişib.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktrisanın ölümü barədə məlumatı Kirov Adına Dram Teatrının rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, aktrisa xeyli vaxtdır davam edən xəstəlikdən dünyasını dəyişib.
1983-cü ildə teatr yaradıcılığına başlayan İsaeva “İdiot”, “Medeya”, “Albalı bağı” kmi tamaşalarda əsas rolları ifa edib.