Xalq artisti onlayn muğam dərsi verəcək

Xalq artisti onlayn muğam dərsi verəcək
8 aprel 2020
# 13:44

Aprelin 9-da Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Mənsum İbrahimov evindən virtual olaraq izləyicilərin görüşünə gələcək.

Kulis.az xəbər verir ki, xanəndə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində tamaşaçılara xanəndəlik sənətinin sirlərindən, muğamlarımızdan söhbət açacaq.

Muğamlarımız, xalq mahnı və təsniflərimiz, yüksək ifaçılıq mədəniyyətinin hakim kəsiləcəyi görüşü saat 17:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi və Xalq artisti Mənsum İbrahimovun - @mansumibrahimovofficial “Instagram” hesablarından canlı izləyə bilərsiniz.

# 1728 dəfə oxunub

Müəllifin son yazıları

# # #