Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"

Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"
2 aprel 2020
# 18:51

“Qardaş, bacı muğamı olar? Belə şeyləri cılız görürəm. Həmin kateqoriyadan olanları dəstəkləmirəm.”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Show news" verilişində deyib. Xanəndə efirdə ata-ana muğamı ifa edənləri tənqid atəşinə tutub.

"Bir də baxırsan səhər efirdə ağlaşma. Gündəmə gəlmək üçün hansısa problemi atırlar ortaya, bir həftə ortada fırlandı. Bunların konsertləri, işləri yoxdur?

İnsan nə qədər ata-anadan oxuyar? Başqa mövzu yoxdur? Hər kəsin ata-anası insanın özünə Allahdan sonra ikinci müqəddəs varlıqdır. Bu, cılızlaşmağa doğru gedir. Biz də sevirik, ananı əzizləyirik. Elə olur ki, gecə səhərə kimi anamın başının üstündə dayanıram. Qardaş, bacı muğamı olar? Belə şeyləri cılız görürəm. Həmin kateqoriyadan olanları dəstəkləmirəm”.

# 2504 dəfə oxunub

Müəllifin son yazıları

# # #