Xalq artisti dəfn olundu

Xalq artisti dəfn olundu
16 aprel 2020
# 16:59

Xalq artisti Rafiq Əliyev torpağa tapşırılıb.

Kulis.azın verdiyi xəbərə görə, o, Maştağa qəbiristanlığında anasının yanında dəfn olunub.

Məlum səbəblərdən mərhumun evində keçirilən vida mərasimində mərhumun yaxın qohumları və sənət dostları iştirak edib.

Xatırladaq ki, Rafiq müəllim uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib.

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedim, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət keçib.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub, 1970-cu ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorluq kimi fəaliyyət göstərib.

Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar artisti, 2007-ci ildə Respublikanın Xalq artisti fəxri adlarına layiq görülüb.

# 2428 dəfə oxunub

Müəllifin son yazıları

# # #