Xalq artisti anılacaq

Xalq artisti anılacaq
4 mart 2020
# 16:41

Martın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşası nümayiş olunacaq.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşadan əvvəl aktrisanın həyat yolu və fəaliyyəti haqqında çıxışlar olacaq.

Sonra tamaşa nümayiş ediləcək.

1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolu ilə şöhrət qazanan aktrisa 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayıb. O, teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

# 1933 dəfə oxunub

Müəllifin son yazıları

# # #