Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub - Fotolar

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub - Fotolar
10 iyun 2021
# 13:16

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

APA-nın məlumatına görə o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

APA-nın məlumatına görə, vida mərasimi Xalq artisinin yaşadığı binanın önündə keçirilir.

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin nəşi ailəsinə təhvil verilib. Mərhumun cənazəsi yaşadığı evə gətirilib.

O, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Gallery

#

Gallery

undefined

undefined

undefined

# 2093 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #