Xalq artisti Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov vəfat etdi
16 mart 2020
# 15:43

Xalq artisti Rafael Dadaşov vəfat edib.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, aktyor bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, R.Dadaşov bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aktyorun müalicə xərclərini öz üzərinə götürmüşdü.

# 3133 dəfə oxunub

Müəllifin son yazıları

# # #