Vyana operası tamaşaları ləğv etdi

Vyana operası tamaşaları ləğv etdi
9 aprel 2020
# 15:46

Vyana Dövlət Operası koronavirus pandemiyası səbəbindən iyunun 30-na qədər bütün tədbirləri və tamaşaları ləğv edib. Tədbirlər əvvəlcə aprelədək ləğv olunmuşdu.

Bu addım Avstriya Federal Hökumətinin əhalinin sağlamlığını qorumaq barədə qərarı ilə bağlı atılıb.

Vyana operasının saytında yerləşdirilən məlumata əsasən 2020/2021 mövsümü üzərində işlər dayandırılmayıb. Yeni proqramın təqdimatı online rejimdə baş tutacaq.

Qeyd edək ki, əsası 1869-cu ildə qoyulan Vyana Dövlət Operası Avstriyanın ən böyük opera teatrı, dünyanın isə ən mühüm opera mərkəzlərindən biridir. /azertag.az/

# 1960 dəfə oxunub

Müəllifin son yazıları

# # #