Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək

Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
25 yanvar 2021
# 19:03

Ənənəvi Venesiya karnavalı bu il ilk dəfə olaraq tamamilə onlayn formatda keçiriləcək.

Kulis.az TASS agentliyinə istinadla xəbər verir ki, geyim və maskaları nümayiş etdirmək üçün xüsusi “virtual otaqlar” artıq yaradılıb. Bundan əlavə “Televenezia” kanalında Venesiyanın tarixinə və karnaval ənənələrinə həsr olunan xüsusi buraxılışla verilişlər yayımlanacaq.

Striminqlər onlayn formatda fevralın 6 və 7-də, həmçinin 11-dən 16-dək olacaq. Təşkilatçılar söz veriblər ki, platforma gündəlik olaraq 100 min istifadəçini qəbul edə biləcək.

# 2063 dəfə oxunub

Müəllifin son yazıları

# # #