Uşaq Kitabxanası "kitab hədiyyəsi" aksiyasına qoşuldu

Uşaq Kitabxanası "kitab hədiyyəsi" aksiyasına qoşuldu
16 aprel 2020
# 13:46

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "kitab hədiyyəsi" aksiyasına qoşulub.

Layihə xəstəxanalarda koronavirusdan müalicə alan uşaqlara dəstək məqsədilə həyata keçirilir.

Aksiyaya, Respublika Uşaq Kitabxanası ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən Bakı Uşaq Nəşriyyatı, Gəncliyə Yardım Fondu və uşaq yazıçısı Mehriban Nağıyeva da qoşulub. Qısa müddət ərzində 300-ə yaxın kitab toplanılıb.

Aksiyanın təşkilində məqsəd koronavirusdan müalicə alan uşaqların təcrid şəraitində vaxtını səmərəli keçirmələrinə yardım göstərmək, onların davamlı mütaliəyə həvəsini artırmaqla inkişafına kömək etmək, eləcə də mənəvi və psixoloji dəstək verməkdir. /azertag.az/

# 1802 dəfə oxunub

Müəllifin son yazıları

# # #