Üç bacının sonuncusu vəfat etdi

Üç bacının sonuncusu vəfat etdi
2 yanvar 2021
# 14:55

McGuire Sisters musiqi qrupunun üzvlərindən biri Fillis Makquayr dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 89 yaşlı müğənni bu ilin ilk günündə Nevada ştatındakı malikanəsində vəfat edib.

Xatırladaq ki, McGuire Sisters qrupundakı vokal üçlüyü Kristin, Doroti və Fillis Makquayr bacılarından ibarət idi. Musiqi karyerası boyu qrup tərəfindən çıxarılan altı val bacılara böyük məşhurluq gətirib. Qrup beş ABŞ prezidenti və Böyük Britaniya kraliçası II Yelizavetanın qarşısında çıxışları ilə də yadda qalmışdı.

# 2291 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #