Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti bugünlərdə Bakıda səfərdə olub. TƏV başqanı Serhat Kabaklı, “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşarın daxil olduğu nümayəndə heyətinin Bakı səfəri çərçivəsində vəqfin 2020-ci il mükafatları və “fəxri üzvlük” baratı təqdim edilib.
Kulis.az xəbər verir ki, TƏV-in 2020-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlıya, bu il ilk dəfə verilən “Türk dünyasına üstün xidmət” mükafatı isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdim edilib.
Araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı isə TƏV-in fəxri üzvü seçilib.
Təqdimat COVID-19 pandemiyası ilə bağlı məhdud tərkibdə keçirilib.
Türkiyə Ədəbiyyat Vəqfi Azərbaycanın bəzi tanınmış şəxslərini təltif edib
8 dekabr 2020
15:44
1668 dəfə oxunub