Türkiyənin səhnə ulduzları Ermənistanın Gəncədə törətdiyi terror aktını lənətləyərək, sosial şəbəkələrdə Azərbaycanı dəstəkləyiblər. Kulis.az dəstək paylaşımlarını təqdim edir.
Tarkan: “Xain hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, ailəsini və yaxınlarına baş sağlığı, yaralananlara şəfa diləyirəm. Çox üzgünəm. Ürəyim Azərbaycan xalqının yanındadır”.
Ebru Gündeş: “Canımız Azərbaycana, günahsız insanları hədəf alan xain hücumu şiddətlə qınayır, itirdiyimiz qardaş-bacılarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm. Hər zaman, hər şərtlərdə yanınızdayıq. Dualarımız sizinlədir.
Cem Yılmaz: “Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda müharibədən, qandan, kədərdən uzaq günlər diləyirəm. Ədalətsiz dünyaya heyrətlə baxır, ən qısa zamanda bu pislik bitsin istəyirəm”.
Özcan Dəniz: “Azərbaycana edilən xain hücumu şiddətlə qınayıram, həyatını itirən qardaşlarımıza rəhmət, yaralılara şəfalar diləyirəm. Dualarımız sizinlədir”.
Hadisə: “Azərbaycanda törədilən xain hücum zamanı həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.
Hülya Avşar: “Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, sonu da yoxdur. Amma mülki şəxsləri vurmaq müharibə deyil. Canilik, vəhşətdir və insanlıqdan kənardır. Dualarım Azərbaycan üçündür”.
Cüneyt Arkın: “Qarabağın işğaldan azad edilməsi uğrunda başlatdığı mübarizədə ürəyimiz Azərbaycanla atır. Müstəqllik günün mübarək olsun can Azərbaycan”.
Alişan: “İllər boyu hayqırdınız “erməni soyqrımı” deyə-deyə. Biz də dedik ki, bizim qadınla, uşaqla, yaşlıyla, qatliamla, soyqrımla işimiz olmaz. Biz düşmənimizlə igid kimi savaş meydanında qarşılaşırıq. İl olub 2020. Ermənistan müharibə cinayəti törədir. Sivillərin üstünə bombalar yağdırır. Uşaqlar, qadınlar ölür. Dünya sadəcə ötəri qınamalarla ötüşdürür ki, onu belə etməyənlər var. Qısacası Ermənistan özünə yaraşanı etməyə davam edir, dünya da seyr etməyə. Ona görə də biz bir olmalıyıq, ona görə də diri olmalıyıq. İnşallah zəfər Azərbaycan Ordusunun olacaq və Qarabağ Azərbaycanındır.
Acun Ilıcalı: “Qarabağı azad etmək üçün verdiyi haqlı mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Sivillərə qədər uzanan qanlı əlləri lənətləyirəm. Dost və qardaş Azərbaycanın Müstəqillik günü mübarək olsun”.
Hüseyn Avni Danyal: “Dost və qardaş Azərbaycanın kədərinin tez bir zamanda bitməsi, işğal altında olan torpaqlarına qovuşub yenidən sakitlik və barış içərisində yaşaması ən böyük arzumdur.”