Türk rejissor Venesiya festivalında mükafatlandırıldı

Türk rejissor Venesiya festivalında mükafatlandırıldı
5 sentyabr 2020
# 14:07

İtaliyada yaşayan məşhur türk rejissor Fərzan Özpetek İtalyan yazıçılar dərnəyinin (SIAE) "Xüsusi mükafat"ına layiq görülüb.

Kulis.az xəbər verir ki, 77-ci Beynəlxalq Venesiya Film Festivalının tərkibində baş tutan mükafatlandırma mərasimində əvvəlki illərdə Marko Belloçio, Paolo Sorrentino kimi məşhur rejissorlar da eyni mükafata layiq görülüb.

Qeyd edək ki, sentyabrın 2-si başlayan Beynəlxalq Venesiya Film Festivalı bir həftə sonra - 12 sentyabrda başa çatacaq. Bu il festivalda "Qızıl şir" uğrunda yarışan filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi də yer alıb.

# 2235 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #