Türk aktyor vəfat etdi

Türk aktyor vəfat etdi
1 fevral 2021
# 10:30

Türkiyənin teatr və kino aktyoru Atilla Pekdemir vəfat edib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, iki ilə yaxın ağciyər xərçəngindən əziyyət çəkən aktyor ötən gün 78 yaşında vəfat edib.

Aktyor “Kabadayı”, “Acı günlər”, “Kirli oyunlar”, “Adam ve çocuk” kimi filmlərə çəkilib.

# 1337 dəfə oxunub

Müəllifin son yazıları

# # #