Tsay Milyan yeni film çəkəcək

Tsay Milyan yeni film çəkəcək
24 avqust 2021
# 18:40

Məşhur Tayvan rejissoru Tsay Milyan yeni qısa metrajlı layihəsinin hazırlığına başlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rejissorun yeni filmi "Ay və Ağac" adlanır. On doqquz dəqiqəlik film Tayvanın iki məşhur artistinə həsr edilmişdir. Onlardan biri Tayvan kinosunun qocamanı 98 yaşlı Çang Fenq, digəri isə uğursuz onurğa əməliyyatından sonra gənc yaşlarında iflic olmuş, lakin sağalmaq və səhnəyə qayıtmaq arzusundan əl çəkməyən 70-ci illərin "Ayı sevirəm" hitinin ulduzu aktrisa Li Pekin olacaq.

Layihənin premyerasının Taipe film festivallında keçiriləcəyi planlaşdırılır.

# 1417 dəfə oxunub

Müəllifin son yazıları

# # #