Tənqidçidən saytlara sərt ittiham: “Lənətə gəlsin…”

Tənqidçidən saytlara sərt ittiham: “Lənətə gəlsin…”
21 noyabr 2019
# 11:10

Son günlər aparıcı Elçin Əlibəyli ilə mətbuatda yayılan xəbərlər müxtəlif reaksiyalar doğurub. Tənqidçi İradə Musayeva da məsələyə münasibət bildirib. O qeyd edib ki, saytların və sosial şəbəkə iştirakçılarının yayımladığı məlumatı, eləcə də statuslara yazılmış təhqiramiz rəyləri oxuduqca yalnız və yalnız qorxdum:

“Meyxanasevərlər ordusunun aqressiyasından da pis bir reaksiya məni heyrətləndirdi. Bu necə xalqdır? Həmcinsinin həyatındakı problemin üstünə daşla, ox, nizə ilə getmək hansı sivil cəmiyyətin əlaməti ola bilər? Şirli Ceksonun "Lotereya" əsərindəki əlidaşlı adamlar gözümün önündən getmir dünəndən bəri... Ayağı büdrəyəni təpiklə daha uzaqlara yuvarlatmaq sadizmi bizim cəmiyyətin əsl simasını açıb göstərir.

Bu, o adamlardır ki, daima zorakılığa və zorlanmalara məruz qalıb, haqq-ədalət anlayışını subyektiv məhdudiyyətlə dərk edib.

Bu, o toplumdur ki, müdirinə və müdirəsinə adi bir jestlə də etiraz edə bilməyib.

Bu, o auditoriyadır ki, bir boşqab yağlı yeməklə ona tərif dedizdirmək olar...

Özünü media adamı hesab edən xəbər yayıcılarına isə deyirəm: Sabah bu əlidəyənəkli adamlar sizi daha şiddətlə əzişdirəcək! Lənətə gəlsin sizin reytinq qələbəniz!!!”

# 2263 dəfə oxunub

Müəllifin son yazıları

# # #