Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
8 oktyabr 2020
# 18:57

Torpaqlarımızın qaytarılması uğrunda rəşadətlə döyüşən ordumuza dəstək hər bir azərbaycanlının borcudur.

Bu gün işğalçı erməni ordusu üzərində qazanılan hər zəfər bizi Böyük Qələbəyə bir addım da yaxınlaşdırır.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi vətənimizin bütövlüyü, suverenliyi uğrunda döyüşən ordumuzla fəxr edir.

İgid əsgərlərimizə dəstək məqsədilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna muzeyin əməkdaşlarının könüllü iştirakı ilə ianə edib. /azertag.az/

# 2220 dəfə oxunub

Müəllifin son yazıları

# # #