Tanınmış yazıçının yeni kitabı nəşr olundu

Tanınmış yazıçının yeni kitabı nəşr olundu
22 yanvar 2020
# 13:50

Yazıçı-publisist, şair, tərcüməçi, ictimai-xadim, Əməkdar jurnalist Aqşin Babayevin yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilən “Göyərçinlər öpüşür” adlı kitab rus dilindədir. Bu, müəllifin sayca 40-cı, o cümlədən, rus dilində çıxan 4-cü kitabıdır.

Kitabda müəllifin “Kişilər az yaşadı”, “Qırxıncı illərin uşaqları”, “Dalan” povestləri və hekayələri verilib. Əsərləri rus dilinə xalq yazıçısı Natiq Rəsulzadə, moskvalı mütərcim Yelena

Medvedyeva və yazıçı-tərcüməçi Aytən Aqşinqızı çeviriblər. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oqtay Həmidovdur.

# 1827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #