Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi
26 dekabr 2019
# 10:35

Tanınmış Sovet yazıçısı, publisist və jurnalist Vladimir Buşin vəfat edib.

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki, 95 yaşında dünyasını dəyişən yazıçının ölüm səbəbi məlum deyil.

Vladimir Buşin 1924-cü ildə anadan olub. 1951-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu, daha sonra - Moskva Hüquq İnstitutunu bitirib. Təhsilini başa vurduqdan sonra sonra "Literaturnaya qazeta" , "Ədəbiyyat və həyat", "Gənc qvardiya və xalqlar dostluğu" jurnallarında fəaliyyət göstərib. 80-ci illərin sonundan etibarən “Den”, “Zavtra” və "Sovetskaya Rossiya" qəzetlərində çalışıb.

Qeyd edək ki, Buşin qələmə aldığı yazılarında tez-tez SSRİ ideallarını müdafiə edir və rus siyasətçilərini tənqid edirdi. Ən məşhur əsərləri arasında "Naməlum Soljenitsın", "Böyük Qələbə üçün şər böhtan", "Fırıldaqçılar”, “Kolymanı kim gözləyir” və “Rusiya. Stalin. Stalinqrad. Böyük Zəfər və böyük məğlubiyyət” kitablarının müəllifidir.

# 1936 dəfə oxunub

Müəllifin son yazıları

# # #