Tanınmış uşaq yazıçısı vəfat etdi

Tanınmış uşaq yazıçısı vəfat etdi
28 oktyabr 2020
# 10:10

Rusiyanin tanınmış uşaq yazıçısı Mixail Yasnov vəfat edib.

Kulis.az xəbər verir ki, 74 yaşlı yazıçının vəfat etməsi haqqında məlumatı mərhumun həyat yoldaşı tərcüməçi Asya Petrova Feysbuk hesabında paylaşıb. Yazıçının ürək tutmasından dünyasının dəyişdiyini bildirib.

Qeyd edək ki, Mixail Yasnov 1946-cı ildə Leninqradda anadan olub. 1970-ci ildə Jdanov adına Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, bundan sonra uşaqlar üçün bədii tərcümələr edib. Məşhur uşaq şeirlərinin müəllifi olan Mixail Yasnovun “Əsnəmək üçün çarə” adlanan ilk kitabı 1979-cu ildə nəşr olunub.

# 2169 dəfə oxunub

Müəllifin son yazıları

# # #