Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi
6 oktyabr 2020
# 10:33

“Yaxşılıq etməyə tələsin” və “Əbədi həyat” filmlərinin rejissoru Maya Markova vəfat edib.

Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib. 95 yaşlı rejissorun ölüm səbəbi haqqında məlumat verilməyib.

Maya Markova 22 Mart 1926-cı ildə Moskvada anadan olub. 1950-ci ildən etibarən Markova Mərkəzi Televiziyasında uşaq redaksiyasında köməkçi kimi fəaliyyətə başlayıb 1955-ci ildən ədəbi proqramların əsas redaksiyasının direktoru olub.

Maya Markova çəkdiyi "Vəhşi köpək dinqosu", "Uzaq dənizlərin sirri", "Rəngli Okların heyəti", "Yeni il ərəfəsi", "Sehrbazlar ölkəsində", "Uzaq və yaxın", "Mavi kubok", "İstedadlar və pərəstişkarları", "Samoteka üzərindəki evdə", "Kiçik kambur atı", "Əyalətdən Kovaleva", "Yaxşılıq etməyə tələsin" və "Əbədi həyat” filmləri ilə məşhurlaşıb.

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

# # #