Tanınmış müğənni vəfat etdi

Tanınmış müğənni vəfat etdi
23 aprel 2021
# 09:35

Tanınmış ingilis müğənni, vokal ifaçısı Lesli Makyuen vəfat edib.

Kulis.az Tass-a istinadən xəbər verir ki, 66 yaşlı müğənni Londondakı evində dünyasını dəyişib. Bu barədə məlumatı onun qohumları sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Lesli Makyuen 1969-cu ildə yaradılmış “Bay City Rollers” pop-musiqi qrupunun eks vokalçısı idi.

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #