Tanınmış müğənni Qarabağ şəhidlərinə klip həsr etdi - Video

Tanınmış müğənni Qarabağ şəhidlərinə klip həsr etdi - Video
25 fevral 2021
# 18:50

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.

Kulis.az xəbər verir ki, layihə Gəncə, Bərdə, Xocalı, həmçinin Qarabağda şəhid olan bütün günahsız həmvətənlərimizin ruhuna ithaf olunub. Təsadüfi deyil ki, mahnı və klipin təqdimatı “Xocalı soyqırımı”nın 29-cu il dönümü ərəfəsində baş tutub.

İngilis dilində olan mahnının bəstəkarı Sivva, sözlərin müəllifi isə Ruslan Karslıdır. Aranjeman isə Samir Şirinova aiddir. Balabanda Xalq artisti Əlixan Səmədov, kamançada isə Əməkdar artist Elnur Əhmədov ifa edib.

Xanım ifaçının duet ortağı “Uşaq Avroviziya mahnı müsabiqəsi”nin iştirakçısı, prezident təqaüdçüsü Fidan Hüseynovadır.

Klipdə 2020-ci ilin oktyabrında ermənilərin mülki əhalini hədəfə alaraq Gəncəni raket atəşinə tutması obrazlı şəkildə canlandırılıb.

Rejissor Delee Oruclu, baş prodüser Samir Şirinov, layihənin rəhbəri Ruslan Zeynaldır.

# 2071 dəfə oxunub

Müəllifin son yazıları

# # #