Tanınmış amerikalı aktyor Corc Siqal 87 yaşında vəfat edib.
Kulis.az Tass-a istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi uzun müddətdir əziyyət çəkdiyi qan-damar xəstəliyi olub.
Qeyd edək ki, Corc Siqal "Oskar" mükafatı və ikiqat "Qızıl Qlobus" mükafatı laureatıdır. Son illərdə isə daha çox ABŞ teleseriallarında rol alırdı.