Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.
Bu barədə APA-ya qohumu Razim Qarayev məlumat verib.
O, sənətçinin həyat yoldaşının da koronavirusa yoluxduğunu bildirib: “Hazırda yoldaşı palatada, Səyyad bəy isə reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağırdır.”
Qeyd edək ki, 10 gün əvvəl koronavirusa yoluxan müğənni Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.