Sosial mediada trendə çevrilən bu video haradan götürülüb? - "Coffin Dance"

Sosial mediada trendə çevrilən bu video haradan götürülüb? - "Coffin Dance"
5 may 2020
# 14:16

Sosial mediada, demək olar, hər gün yeni bir trend çıxır. Xüsusən gülməyə ehtiyacımız olduğu bu günlərdə yeni, əyləncəli və maraqlı bir trend – “Coffin rəqsi” insanların marağına səbəb olub.

Kulis.az “Coffin rəqsinin” tarixçəsini təqdim edir.

“Tabutlarla rəqs etmək” mənasını verən bu rəqs film səhnəsindən və ya bir klipdən götürülməyib. Tabutları rəqs edərək daşımaq Qanada qədim adətdir. Məqsəd ölüləri nəşə, sevinclə uğurlamaqdır.

Gallery

Bu adətin görüntüləri ilk dəfə BBC-nin sənədli filmində yayımlanıb. Videoda istifadə olunan musiqi isə montajla əlavə edilib.

Gallery

Afrika ölkələrində, xüsusən də Qanada çox yayılan bu ənənə 7 nəfərlik bir heyət tərəfindən təşkil edilir. Bu insanlara tabutu rəqs edərək daşımaq üçün pul verilir. Tabutla rəqs musiqi ilə çalınır. Həyatını itirənin yaxınları onunla sevinclə vidalaşırlar. Belə bir ənənə yas tutanların gülümsəmələri üçün edilir.

Gallery

Afrikanın bir çox ölkələrində olduğu kimi Qanada da dəfn mərasimləri vacib sayılır. İnsanlar isə sevdiklərini hüzur içində uğurlamaq üçün bu cür ənənələrdən faydalanır.

Gallery

# 2843 dəfə oxunub

Müəllifin son yazıları

# # #