Son bir ilin ən böyük xalçası Qobuda toxundu - Foto

Son bir ilin ən böyük xalçası Qobuda toxundu - Foto
2 iyul 2021
# 18:30

İyulun 2-də “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.

“Azərxalça”nın mətbuat xidmətindən bildirilib ki, Quba məktəbinə aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25 kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

# 1594 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #