Soljenitsının Nobel almasının gizlinləri

Soljenitsının Nobel almasının gizlinləri
11 may 2021
# 14:45

Bu gün rusiyalı yazıçı Aleksandr Soljenitsın ilə birlikdə 1970-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunan yazıçıların adları məlum olub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, mətbuata təqdim olunan sənəddə Nobel Komitəsi Soljenitsın da daxil olmaqla 75 namizəd arasından seçim edib.

Soljenitsın ilə birlikdə yeddinci dəfə bu mükafata Vladimir Nabokov təqdim olunub. Nabokovdan başqa digər məşhur yazıçılar Jorj Amadonun, Xorxe Luis Borxesin, Qrem Qrinin, Jorj Simenonun, Henrix Böllün və Qünter Qrassın adları namizədlər arasında olsa da, nəticə etibarilə, seçim "böyük rus ədəbiyyatı ənənəsindən qazanılan mənəvi gücə görə" Soljenitsın üzərindən edilib.

Mükafatın verilmə qaydalarına görə namizədlərin siyahısı 50 ildir ki, gizli saxlanılıb. Soljenitsının namizədliyi ədəbi mükafata namizəd olan 6 nəfər tərəfindən irəli sürülüb. Onlar yazıçının "Birinci dairə" və "Xərçəng şöbəsi" romanlarının nəşrindən sonra bədii nüfuzunu qeyd ediblər.

Səsvermə zamanı İsveç Akademiyasının üzvü, şair Artur Lundkvist Soljenitsının namizədliyinə qarşı çıxaraq onun əsərlərinin bədii ləyaqətinə şübhə etdiyini bildirib. Müzakirələr zamanı o, Soljenitsının adını Pablo Neruda və Patrik Uaytdan sonra üçüncü yerə qoyub. Lundkvist Qərbi Avropa, Amerika və Latın Amerikası roman forması fonunda Soljenitsının nəsrinin "olduqca ibtidai və maraqsız" göründüyünə inandığını da vurğulayıb.

Xatırladaq ki, Soljenitsyn ilk dəfə Nobel mükafatına 1969-cu ildə namizəd göstərilsə də mükafatı qazana bilməmişdi.

# 1751 dəfə oxunub

Müəllifin son yazıları

# # #