Sənubər İsgəndərli yeni veriliş açır 

Sənubər İsgəndərli yeni veriliş açır 
17 sentyabr 2021
# 14:10

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm pərəstişkarları ilə yenidən aparıcı kimi görüşəcək.

Kulis.azın verdiyi xəbərə görə, aktrisa "Xəzər TV"-də "Sənətdən kənar" adlı veriliş aparacaq.

Artıq o, bir neçə gündür ki, sosial şəbəkə hesablarında yeni verilişinin reklamını aparır və xüsusi həştaqlarla paylaşımlar edir.

Verilişin yaxın günlərdə yayıma başlayacağı gözlənilir.

# 2025 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #