Skripkaçılarımız beynəlxalq müsabiqədə çıxış ediblər

Skripkaçılarımız beynəlxalq müsabiqədə çıxış ediblər
13 fevral 2021
# 15:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdləri İspaniyada keçirilən "World Art Games" beynəlxalq onlayn müsabiqədə uğurla iştirak ediblər.

Kulis.az xəbər verir ki, müsabiqədə məktəbin skripka ixtisası üzrə şagirdi Rada Ramazanova (müəllim Diana Beremxanova) III yaş kateqoriyası üzrə (13-15 yaşlılar arasında) II yerə, eyni ixtisas üzrə Neylor Çarlz Emin (müəllim Nigar Babayeva) I yaş kateqoriyası üzrə (9 yaşına qədər) II yerə layiq görülüb.

Qeyd edək ki, "Word Art Games" beynəlxalq onlayn müsabiqədə iştirak dünyaca məşhur münsiflər heyəti, peşəkar, məşhur aktyorlar, pedaqoqlar, musiqi və xoreoqrafiya sahəsində ustad-kouçlar tərəfindən qiymətləndirmə imkanıdır.

Müsabiqənin təşkilatçısı isə Avropada aparıcı festival-müsabiqə təşkilat komitəsi olan “Fiestalonia Milenio” 30-dan artıq beynəlxalq təşkilatı təmsil edir və dünyanın 20-dən çox ölkəsinin mədəniyyət nazirlikləri tərəfindən dəstəklənir.

# 902 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #