Simona de Bovuarın heç yerdə çap olunmamış romanı çıxır

Simona de Bovuarın heç yerdə çap olunmamış romanı çıxır
30 aprel 2020
# 17:22

Simona de Bovuarın heç zaman çap olunmamış romanı işıq üzü görəcək.

Kulis.az rus mətbuatna istinadən xəbər verir ki, fransız yazıçısı, filosofu, feminizm cərəyanının banisi Simona de Bovuarın “Ayrılmaz sevgililər” adlı romanı bu ilin oktyabr ayında Fransada çap olunacaq. Kitabın heç zaman nəşr olunmamasına səbəb onun həddindən artıq şəxsi məqamlarla zəngin olmasından irəli gəlib.

Romanın mərkəzində yazıçının məktəb illərində yaxın münasibətdə olduğu və 21 yaşında entsefalit xəstəliyindən dünaysını dəyişən rəfiqəsi Zazadır. Əsərdəki hadisələr birinci şəxsin dilindən nəql olunur.

Romanın əlyazmasını Bovuarın arxivindən qızı Silvia tapıb. Silvia həm də çap olunacaq kitabın ön söz müəllifidir.

Romanın 2021-ci ildə İngilis dilinə tərcümə olunacağı da planlaşdırılır.

# 1862 dəfə oxunub

Müəllifin son yazıları

# # #