Şəhriyar Del Gerani televiziyada aparıcılıq edəcək

Şəhriyar Del Gerani televiziyada aparıcılıq edəcək
16 sentyabr 2020
# 10:54

Tanınmış şair Şəhriyar Del Gerani Real Televiziyasında verliş aparacaq.

Kulis.az xəbər verir ki, bu barədə şair şəxsi Feysbuk səhifəsində məlumat paylaşıb. O qeyd edib ki, aparıcısı olduğu proqram Azərbaycan televiziya tarixində ilk konseptual televiziya proqramıdır:

“ Tarixi şəxsiyyətlərlə və hadisələrə Bayrağımızın gözüylə baxış: Türkçülük; Müasirlik; İslam. Bu üçlü baxışda Azərbaycan var. Akademik təhlil, yaradıcı yanaşma, çağımız üçün ən faydalı nəticə. Bir sözlə, adiliyin təntənəsi. Bu proqramda müəllif və aparıcı kimi qarşınıza çıxacam. Amma sizdən biri kimi. Ən sadə və adi dildə dialoqa gedəcəyik. Bizi maraqlandıran cavablar yox, suallardır. Bütün cavablar yanlışdır, həqiqi olan suallardır. Biz sizə cavab yox, sual verəcəyik. Başladıq.”

# 1663 dəfə oxunub

Müəllifin son yazıları

# # #