Səhnədə “Qış karnavalı”dır

Səhnədə “Qış karnavalı”dır
19 dekabr 2019
# 14:51

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yeni il bayramı münasibəti ilə “Qış karnavalı” tamaşasını hazırlayıb.

Kulis.azın verdiyi məlumata görə müxtəlif xalqların nağıl qəhrəmanlarının simasında uşaqlara, eləcə də böyüklərə birlik, həmrəylik, səmimi ünsiyyət və sevgi tərənnüm edən tamaşa dekabrın 26-dan yanvarın 6-dək hər gün dörd seans olmaqla tamaşaçıların ixtiyarına veriləcək.

Karnaval üslubunda olan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.

Teatrın aparıcı aktyorlarının rol aldığı tamaşada fərqli texnikalarda hazırlanmış kuklalarla yanaşı canlı planda oyun da göstəriləcək.

# 2288 dəfə oxunub

Müəllifin son yazıları

# # #