Şeyx Əbdül Kardaşyandan danışdı: "O, satılmış qadındır"

Şeyx Əbdül Kardaşyandan danışdı: "O, satılmış qadındır"
24 iyul 2020
# 12:10

“Kim Kardaşyanın adını və "fəaliyyəti"ni kino, sənət və mədəniyyətlə bağlamaq olmaz. O, əxlaqsız, mənəviyyatsız qadındır”

Kulis.az xəbər verir bu sözləri Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Şərq.az-a verdiyi müsahibəsində deyib. O qeyd edib ki, ermənilər yenə hər zaman olduğu kimi yenə öz əxlaqsız qadınlarını irəli veriblər:

“Kim Kardaşyan rəsmi, beynəlxalq səviyyədə statusu olan əxlaqsız xanımdır. O, dünyada və Amerikada bir neçə əxlaqsızxanalara rəhbərlik edir. Onun heç bir kino, aktrisalıqla əlaqəsi yoxdur. Təbliğ edirlər deyə camaat da onu kino, sənət kimi görür. Kardaşyan nə aktrisadır, nə də sənət adamı. İndi də Amerikaya gedib. Orada namizədliyini irəli sürəcək bir nəfərlə əlaqə yaradıb. Ona görə də Kim Kardaşyanın adını və "fəaliyyəti"ni kino, sənət və mədəniyyətlə bağlamaq olmaz. O, əxlaqsız, mənəviyyatsız qadındır. Sadəcə olaraq, pula xidmət edən, satılan, ənənəvi olaraq satılmağa hazır olan erməni xanımıdır.

Heç bir tarixi mövqeyi, statusu, yeri, yurdu olmayan növbəti erməni şantajıdır. Bunlar Rusiyanı, Pyotru xristian adı ilə aldadıb gül kimi Türk, Azərbaycan torpaqlarında özlərinə yer-yurd salıblar. İndi murdar, satqın, iyrənc şəkildə tarixdə olduğu kimi əxlaqsız qadınlarını qabağa verirlər. Bu haqda Marko Polo da, Əmir Teymur da, Marks da yazıb. Hətta Rəvanqulu xanın Şah İsmayıl Xətaiyə məktubunda da qeyd olunur. Erməni qadınları bu işdə peşəkardılar. Rusların qılığına girib, kişilərini başdan çıxara bilirlər.”

# 2820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #