Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda

Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
21 sentyabr 2020
# 11:05

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirvaninin bu il tamam olan 185 illiyinə layiqli hədiyyə hazırlanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Kulis.az-a verilən məlumata görə, bu günlərdə Daşkənddə Seyid Əzim Şirvaninin qəzəlləri toplusu ayrıca kitab halında nəşr olunub. İlk dəfədir ki, XIX əsr Azərbaycan poeziyasının bu parlaq təmsilçisinin əsərləri belə geniş həcmdə xarici oxuculara təqdim edilir.

Samir Abbasovun rəhbərlik etdiyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi son illərdə respublikamızın Özbəkistanla ədəbi-mədəni əlaqələrinə töhfə sayılası bir sıra dəyərli işlər görüb. Bu istiqamətdə həyata keçirilmiş layihələr cərgəsində Nizami Gəncəvi “Xəmsə”sinin tam halda özbək dilinə tərcümə edilərək nəfis şəkildə nəşr olunması xüsusilə diqqətəlayiqdir.

# 1036 dəfə oxunub

Müəllifin son yazıları

# # #