Sarayevo Film Festivalının qalibləri - Siyahı

Sarayevo Film Festivalının qalibləri - Siyahı
21 avqust 2020
# 14:16

Bu il onlayn təşkil olunan 26- cı Sarayevo Film Festivalının qalibləri açıqlanıb.

Kulis.az xəbər verir ki, “Sarayevonun ürəyi” adı verilən mükafatlar internet üzərindən və Bosniya Hersoqovina Radio və Televiziyası vasitəsilə canlı olaraq yayımlanan proqramda sahiblərinə təqdim olunub.

Ən yaxşı film naminasıyası üzrə mükafatı kosovalı rejissor Visar Morinanın “Exile” adlı filmi qazanıb. Azərbaycanlı rejissor Rüfət Həsənov isə “The Island Within” filmin görə, ən yaxşı rejissor seçilib. Serbiyalı Mladen Kovaçeviçin “Merri Christmas, İyu” filmi ən yaxşı sənədli film, xarvatiyalı rejissor Tin Zancinin “Antropad” filmi ən yaxşı qısa metrajlı film, türkiyəli rejissor Zeynəb Dilan Sürenin çəkdiyi “Böyük İstanbul depressiyası” filmi isə ən yaxşı tələbə filmi naminasiyaları üzrə mükafat qazanıb.

Ən yaxşı qadın aktyor “Mare” filmindəki roluna görə xarvatiyalı aktrisa Mariya Skarçiç, ən yaxşı kişi aktyor “Digger” filmindəki roluna görə Vengelis Murikis seçilib. “Sarayovenin ürəyi” fəxri mükafatı isə danimarkalı aktyor Mad Mikkelsenlə meksikalı rejissor Mişel Frankoya verilib.

Xatırladaq ki, Bosniyadakı müharibənin izlərini silmək və Sarayevonu yenidən mədəniyyət və sənət mərkəzinə çevirmək məqsədilə təşkil olunan Sarayevo Film Festivalına yarım əsrlik tarixi boyunca dünyaca məşhur Robert de Niro, Ancelina Colii, Bred Pitt, Orlando Blum, Daniel Kreyq, Con Malkoviç, Nuri Bilge Ceylan kimi məşhurlar qatılıb.

# 2332 dəfə oxunub

Müəllifin son yazıları

# # #