Şairin kitab sərgisi açılıb

Şairin kitab sərgisi açılıb
28 yanvar 2020
# 18:20

Şair, dramaturq, Adil Babayevin anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kulis.az naziliyinin saytına istinadən xəbər verir ki, yanvarın 28-də Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Qafar oğlu Babayevin anadan olmasının 95 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş “Adil Babayev - 95” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş əsərləri, sözlərinə yazılmış mahnılar, tərcümələri, redaktoru olduğu və haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

# 1539 dəfə oxunub

Müəllifin son yazıları

# # #