Ruslan Mollayevdən qısa hekayə: Tədarük

Ruslan Mollayevdən qısa hekayə: Tədarük
28 yanvar 2020
# 14:33

Kulis.az Ruslan Mollayevin yeni yazdığı “Tədarük” qısa hekayəsini təqdim edir.

Yaşadıqlarından təngə gələn qadın, müdrik qocanın hüzuruna gəlib soruşur:

- ...heç kimə pislik etmirəm axı, niyə dualarım eşidilmir?

Müdrik soruşur:

- Necə dua edirsən?

- Əllərimi açıram göyə və deyirəm: Ey Uca Allahım, yeri, göyü sahmana saldığın kimi bizim də həyatımızı sahmana sal. – deyə qadın bildirir.

Müdrik:

- Diqqət etsən, görərsən, Allah dualarını gerçəkləşdirir. Yaşamaq üçün tədarük gör, uyğunlaş: yer üzünün dörd fəsli var.

# 5252 dəfə oxunub

Müəllifin son yazıları

# # #