Rusiyadakı Azərbaycanlı Gənclər Birliyi poeziya almanaxı dərc edəcək

Rusiyadakı Azərbaycanlı Gənclər Birliyi poeziya almanaxı dərc edəcək
6 may 2020
# 14:50

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) gənc şairlərin yaradıcılığından ibarət poeziya almanaxı dərc edəcək.

Kulis.az xəbər verir ki, RAGB yaradıcı gənclər arasında müsabiqə elan edib. Gənc müəlliflərin müsabiqədə seçiləcək şeirləri poeziya almanaxına daxil ediləcək.

Müsabiqədə qatılmaq istəyən gənclər mayın 20-dək öz şeirlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müəllifin ad və soyadı, təhsil aldığı ali məktəb, telefon nömrəsi “Word” formatında göstərilməklə məktuba əlavə edilib. Hər müəllif müsabiqəyə beş şeirini təqdim edə bilər.

# 1879 dəfə oxunub

Müəllifin son yazıları

# # #