Rusiyada yazıçıların Assosiasiyasi yaradılıb

Rusiyada yazıçıların Assosiasiyasi yaradılıb
23 dekabr 2020
# 16:21

Rusiyada yazıçı və naşirlərin Assosasiyası yaradılıb.

Kulis.az TASS-a istinadən xəbər verir ki, Assosiasiyanın sədri vəzifəsinə yazıçı, "Gənclik" ("Юность") jurnalının baş redaktoru Sergey Şarqunov olub.

Qeyd edək ki, bu Assosasiya Rusiya, Moskva və Peterburq Yazıçılar İttifaqlarının, həmçinin Rusiya Kitab Birliyinin təşəbbüsü ilə yaradılıb.

Assosiasiyanın bəyannaməsində bunlar qeyd edilib:

"Biz bu qərara asanlıqla yox, 30 illik fikir ayrılıqları, mübahisələr və müzakirələrdən sonra gəlmişik. Biz ədəbiyyat adamlarının haqqlarını və maraqlarını qorumaq üçün birləşirik. Hələ də hüquqi bir ada sahib olmayan yazıçı fəaliyyəti ciddi sosial dəstək almalıdır. Kitabxanaların fondu yeni kitablarla, həmçinin elektron kitablarla zənginləşdirilməlidir".

# 1870 dəfə oxunub

Müəllifin son yazıları

# # #