“Könüllülər ili” çərçivəsində “Vətənim Azərbaycan” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Kulis.az xəbər verir ki, Mədəniyyət və Təhsil nazirlikləri Azıərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Vətənim Azərbaycan” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat baş.a çatıb.
Müsabiqə Azərbaycanı gənc nəsilə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlıqlarını tablolarda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.
Seçim 12 yaşa qədər, 12-17 və 17-21 yaş kateqoriyası üzrə aparılır. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Birinci turdan keçəcək əsərlər Xətai Sənət Mərkəzində nümayiş ediləcək.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.