Rəşad Məcidin kitabı Türkiyədə çap olundu

Rəşad Məcidin kitabı Türkiyədə çap olundu
23 noyabr 2019
# 19:03

Noyabrın 23-də İstanbulda Türk Ədəbiyyat Vəqfində yazıçı, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Kalemsiz yazılanlar” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edənlər Rəşad Məcidin Azərbaycan ədəbiyyatında xüsusi rolunun olduğunu qeyd ediblər.

Bildirilib ki, Rəşad Məcid yazıçı və şair olaraq orijinal ədəbi əsərlər müəllifidir, həm də ölkənin media həyatındakı xidmətləri ilə özünü sübut etmiş və bu sahələrdə tanınmış natiqdir.

Sosial media hesablarındakı gündəlik mesajları özündə əks etdirən nəşrin “Ön söz”ünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Kitab türk dilinə Türk Ədəbiyyat Vəqfinin idarə heyətinin üzvü İmdat Avşar tərəfindən tərcümə olunub.

Türk Ədəbiyyat Vəqfinin nəşriyyatı tərəfindən dərc olunan kitab 240 səhifədən ibarətdir./azertag.az/

# 2026 dəfə oxunub

Müəllifin son yazıları

# # #