Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı rusca çap olundu

Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı rusca çap olundu
18 iyun 2021
# 09:42

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair-publisist Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabı rus dilində nəşr olunub.

Kulis.azın verdiyi xəbərə görə, iki hissədən ibarət kitabın "Status-esselər" adlanan birinci hissəsində müəllifin təxminən on ildən çox zaman kəsiyini əhatə edən və sosial şəbəkələrdə yazdığı statusları toplanıb. Bu statuslarda əsasən ictimai həyatla sıx təmasda olan şair-publisistin hadisələrə operativ münasibəti yer alıb. Kitabın ikinci hissəsi olan "Sms-esselər" bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranılır. "Sms-esselər"i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının parçaları da.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin ön sözü ilə açılan kitab “Mücrü” nəşriyyatında çap olunub.

Tərcüməçi Nərgiz Əfəndiyevadır.

# 1575 dəfə oxunub

Müəllifin son yazıları

# # #